Qərb ölkələri və təşkilatları İranda edam hökmlərinin icra olunduğuna görə Tehranı tənqid etməməlidir.
Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu İran XİN nümayəndəsi Bəhram Kasemi deyib,
"İran özü terrorçuluğun qurbanı olub, vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında əlindən gələni əsirgəməyəcək, - deyə o qeyd edib.
Kasemi qeyd edib ki, edam olunan şəxslər silahlı qruplaşma yaratmaqda, partlayıcı qurğular hazırlamaqda və bombaların İran şəhərlərində yerləşdirməkdə ittiham olunublar.
Qeyd edək ki, avqust ayında İranda həbs olunmuş 20-dək silahlı edam edilib.