İtaliya-İsveçrə sərhədindəki Matterhorn dağına qalxmaq istəyərkən itən iki ingilis alpinist donaraq ölüb.

Unikal.org "euronews.com"a istinadla xəbər verir ki, İtaliyanın alpinist axtarış-xilasetmə qrupları ingilis alpinistlərin cəsədlərini 4 min metr yüksəklikdə, yarım metrlik qar yığınının altında tapıblar.

Adları və yaşları açıqlanmayan alpinistlərin havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində soyuqdan donaraq öldükləri düşünülür.