Bu gün Göygöl rayonu, Topalhəsənli kəndində vətəndaşa məxsus evdə yanğın olub.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 450 m2 olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və ev əşyaları 86 m2 sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 560 m2 olan 4 otaq və aynabənddən ibarət evdə ev əşyaları 6 m2 sahədə yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.