Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda sammiti keçiriləcək.

Unikal.org xəbər verir ki, artıq İran prezidentiHəsən Ruhaniötən gündən Azərbaycanda səfərdədir.

Rusiya prezidenti Vladimir Putinin bu gün Azərbaycan gəlməsi gözlənilir.

Görüşdə əsasən "Şimal-Cənub dəmiryol xəttinin inşası ilə bağlı müzakirələr aparılacaq. PrezidentlərSuriya, Əfqanıstan, terrorçuluq və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlərə də toxunacaqlar.

Sammitin sonunda bəyannamənin imzalanması gözlənilir.