"ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılacaq.
Unikal.org APA-ya istinadən xəbər verir ki, şikayətə avqustun 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə baxılacaq.
"ANS Müstəqil Yayım və Media Şirkəti şikayəti "İnzibati aktın etibarsız hesab edilməsi (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı verib.