Tarif (qiymət) Şurasına yeni səlahiyyət verilib. Unikal.org-un
xəbərinə görə, bu,"Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan prezidentinin
2016-cı il 11 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə
fərmanda əksini tapıb.
Test imtahanında iştirak etmək üçün ödənişin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək. Fərmana əsasən Tarif (qiymət) Şurasına test imtahanında iştirak etmək üçün ödənişin məbləğini iki ay müddətində müəyyən etmək tapşırılıb.