Məşhur amerikalı müğənni Castin Timberleyk həyat yoldaşı Cesika Biel və dostları ilə birlikdə gecə klubunda əyləniblər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hollivudun ən məşhur gecə klubu olan "The Nice Guy Clubda səhərə qədər rəqs edən müğənni və dostları, səhər klubdan çıxarkən fotoqraflarla üzləşiblər.

35 yaşlı ifaçı fotoqrafların həyat yoldaşının şəkillərini çəkməmələri üçün dəridən-qabıqdan çıxıb. Timberleyk Cesika maşına minənə qədər onun qarşısında sipər olub.