Bu yaxınlarda aktyor və prodüser Ashton Kutcher və aktrisa həyat yoldaşı Mila Kunisin ikinci uşağı dünyaya gəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ümumilikdə 170 milyon dollar sərvəti olan cütlük artıq 2 yaşlı qızlarına qənaəti öyrətməyə başlayıblar.

Varlı ailələrdə böyümədiklərini deyən Kunis, uşaqlarını da zəngin həyat tərzi ilə böyütməyəcəklərini deyib.

Kutcher və Kunis etiraf edib ki, qızları Vyata "anan və atan var-dövlət içində ola bilər, amma sən ellə deyilsən söyləyiblər. Onlar bununla da uşaqlarını gələcəkdə daha qənaətcil görmək istədiklərini bildiriblər.

Qeyd edək ki, cütlük daha öncə cəmi 90 dollara aldıqları nişan üzüyü ilə gündəmə gəlmişdi.