Facebook-da sevdiyi xanımla münasibətini elan etdikdən sonraölkə mediasının gündəmini zəbt edən tanınmış rejissor Aqil M.Quliyev günlərdir davam edən susqunluğunu pozdu.
Unikal.org xəbər verir ki, bir-birindən inandırıcı başlıqlarla yazılan xəbərləri inkar edən Aqil primetime.az müsahibə verib, şəxsi həyatında baş verən bu xoş hadisənin bəzi detallarına aydınlıq gətirdi.
Yaradıcılıq işlərinə görə İstanbulda olan rejissorolduqca səmimi etirafları ilə diqqət çəkdi:
- Mən burada sevgimi tapmışam. Çox rahat və sakitəm. Bu qızın nə bizim sahəyə, nə şou-biznesə, nə Türkiyə şou-biznesinə aidiyyatı var. Adi insandır, Türkiyədə yaşayır. Bəzi saytlar şişirdilər ki, guya xalq artistidir-filan... Bir azdan da yazacaqdılar ki, deputatdır (gülür). Münasibətimizin olmasını Facebookda qeyd etmək öz ürəyimdən keçdi. Mən buraya iş üçün gəlmişəm.
Qardaş ölkədə olsam da, ATV telekanalında yayımlanan "Ər-Arvad" komediya serialının çəkilişlərinə birbaşa nəzarət edirəm. Qarşıda səs-küyə səbəb olacaq işimizi təqdim edəcəyik. İş prosesi bitən kimi bu barədə məhz sizin sayta geniş açıqlama verəcəyəm.
- Şəxsi həyatınız hər zaman oxucular üçün maraqlı olub. Nədənsə Aqil M.Quliyevin yanında daim məşhur xanımları görmək istəyirlər. Sizcə, bunun səbəbi nədir?
- Zənnimcə, bunun səbəbi çox sadədir. Hansısa ulduzun yanındainsanlar başqa ulduz görmək istəyirlər. Bu bütün tamaşaçılara aiddir. Mənim şəxsi həyatım hər zaman maraqlı olub. Xüsusən də şəxsi həyatımı son illərdə gizli saxladığıma görəçoxlarını maraqlandırır. Və onlar da bu barədə müxtəlif fərziyyələr irəli sürürlər. Mən, sadəcə, istəmirəm, belə fərziyələr olsun. Söhbət münasibətimi davam etdirdiyim xanımdan gedirsə, deyim ki, bu insan məni Aqil M.Quliyev kimi deyil, bütün müsbət və mənfi xüsusiyyətlərimlə, sadə Aqil kimi qəbul edib. Ona görə də deyirəm ki, mən çox xoşbəxtəm. Hər şey gözəldir. O məni çox yaxşı başa düşür.
- Toy etmək barəsində düşünürsüz?
- Yox, mənim 44 yaşım var. Toy mənim harama yaraşır? (gülür) Bundan sonra toy etmək mənə yaraşmaz.
- Yəni rəsmi nikaha girmək fikriniz yoxdur?
- Hələ ki, vətəndaş nikahında yaşayırıq. Onu da əlavə edim ki, sevdiyim xanım azərbaycanlıdır. Sadəcə uzun illərdir işi ilə bağlı olaraq İstanbulda yaşayır. Özü də məndən 10-12 yaş kiçikdir.
- Aqil, sizi hər zaman sözün düzünü deyən məşhur kimi qəbul etmişik. Odur ki, sualımızı cavabsız qoymayacağınıza əminik. İllər öncə yaşadığınız evlilik həyatından bir qız övladınız var. Maraqlıdır, qızınız şəxsi həyatınızda baş verən bu hadisəni necə qarşılayıb?
- Qızıma münasibətlərim haqda hələ heç nə söyləməmişəm. Hər şeyin öz vaxtı, zamanı var. Onun 24 yaşı var, yetkin insandır. Qızım və keçmiş həyat yoldaşım həyatı olduğu kimi qəbul etməyi bacaran insanlardır. Hərənin öz həyatı var və hər kəs də həyatını istədiyi kimi qurmaq ixtiyarındadır. Məni əsas qıcıqlandıran, oxucu sayı çoxalsın deyə, bəzi saytların yaydığı yalan məlumatlardır. Məhkəməyə müraciət etməkbizim metodlardan çox uzaqdır.
Bir neçə gündür susqun davranmağımın da səbəbi o idi ki, gözlədim hamı yazıb yorulsun, sonda özüm açıqlama verim. Allaha çox şükür, bütünləşmiş xoşbəxtliyi yaşayıram. AxıAqil M.Quliyev nəyə görə xoşbəxt olmamalıdır?