Müğənni Samira Allahverdinin oğlu Əli də bu il universitetə daxil olan məzunlardandır.
Unikal.org axsam.az-a istinadən məlumatına görə, Əli Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunub.
Sevincini bölüşən S.Allahverdi: "Allaha çox şükür. Sevinirəm, ürəyim instituta daxil oldu. Allahın izni ilə bu sevinc hissini yaşadım. Mənim balama dua edən hər kəsə sonsuz təşəkkürlər", - deyib.
Qeyd edək ki, S.Allahverdi açıqlamasında övladının xaricdə oxumaq istədiyini bildirmişdi:
"Oğlum əslində xaricdə oxumaq istəyirdi, amma mən ondan uzaq qalmaq istəmirdim. Ona görə də burada qaldı".