Ötən gecə dünya şöhrətli Bollivud aktyoru Şahrux Xan Los-Anceles hava limanında pokemon tutarkən saxlanılıb.

Unikal.org xəbər verir ki, aktyor bu barədə öz "Twitter" səhifəsində qeyd edib. O bildirib ki, gecə Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən dindirilib.

"Mən başa düşürəm və bütün dünyada təhlükəsizlik üçün atılan addımlara hörmət edirəm. Lakin hər dəfə Amerika Miqrasiya Xidməti tərəfindən saxlanılmaq məni təngə gətirir", - deyə Şahrux Xan yazıb. Kino ulduzunun sözlərinə görə, vaxt keçirmək üçün o, məşhur oyunu oynamaq - pokemon tutmaq istəyib.

Qeyd edək ki, bu Şahrux Xanın saxlanması ilə bağlı ilk hadisə deyil. Belə ki, 2012-ci ildə Şahrux Xan Nyu-Yorka tələbələrə konsert vermək üçün bir qrup məşhur hind aktyorları gələn zaman da saxlanılıb. Həmin vaxt aktyoru 2 saata yaxın dindiriblər. Onlar Şahrux Xanı vizual görünüşü və müsəlman adına görə şübhəli bilirlər.