2016-cı il sentyabr ayının 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış "Yeni Azərbaycan" təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb.
Unikal.org partiyanın saytına istinadən xəbər verir ki, 124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 40 mindən artıq seçici imzası toplanıb.
"Yeni Azərbaycan" təşəbbüs qrupu referendum üzrə eyni adlı təşviqat qrupunun qeydə alınması üçün tələb olunan seçici imzalarını Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57, 65, 66 və 68-ci maddələrinın tələblərinə və MSK tərəfindən qəbul edilmiş təlimata müvafiq olaraq, tələb edilən sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edib.