Qussifer ləqəbi ilə tanınan haker internetdə ABŞ-ın hazırki və keçmiş senatorlarının şəxsi məlumatlarına giriş yaradıb.
Unikal.org Röyter-ə istiandən xəbər verir ki, 200 konqresmenin məlumatlarının əks olunduğu bu girişlə istənilən istifadəçi sayta daxil olub bütün lazımi məlumatları əldə edə bilər.
İstifadəçilərə təqdim olunan bu siyahıda Demokrat Partiyasının məlumat bazaları, elektron poçt qutularının ünvanları və şifrələri, konqresmenlərin telefon nömrələri və adresləri yer alıb.