"Ay yapım" tərəfindən lentə alınan "İçerde" adlı yeni serialda rol alacaq aktyor Çağatay Ulusoy imicini dəyişib.

Unikal.org-un xarici KİV-ə istinadən xəbərinə görə, saçlarını qırxdırıb, saqqalını uzadan Ulusoy ekran işində Polis Akademiyasında oxuyan Sarp obrazını canlandıracaq.

Çağatay seriala hazırlaşmaq üçün döyüş idmanı və silahdan istifadə etmək dərsləri alıb. Rolu üçün kamera qarşısına keçən aktyor çox həyəcanlandığını bildirib.

Rejissorluğunu Uluç Bayraktarın etdiyini, ssenarisini Ertan Kurtulanın və Toprak Karaoğlunun yazdığı serialda Çağatayın qardaşı obrazında Aras Bulud İynemli çəkiləcək.