Son günlər paylaşımlarına görə sərt tənqidlərə məruz qalan müğənni Nadir Qafarzadə İnstagram səhifəsini bağlaması ilə bağlı saytlarda yer alan xəbərlərə münasibət bildirib.

Unikal.org big.az-a istinadən xəbər verir ki, müğənni bildirib ki, erməni düşmənim deyil, düşmənim öz içimdədir:

"Deyirəm,mən olmasaydım bəzi saytlar necə çörək pulu qazanıb evlərine aparardılar? Allahım, şükür Nadirin böyüklüyünə. Yazın, yazın, yazın! Mənim sayəmdə, yalanlarla dolu, məqalələrinizi, savadsız oxucularınızda oxuyub, savadlansınlar! Yenə, sayəmdə! Bu günlər gündəmi almışam əlimə. Bilirsiniz, el arasında mənə " İt, oynadan Nadir də deyirlər" Hətta sənətdə heç bir şey şey etmeyib, kaftar yaşına çatanlar da sayəmdə reklam olunmaq üçün, dəridən qabıqdan çıxırlar! Var ol, Nadir! Nə yaxşı ki, varsan! Allah, səni xarici yox, daxili düşmənlərdən qorusun! Dahi Nadir. Demə, erməni düşmənim deyilmiş, düşmənim öz içimdədir! Şükür, Allaha ki, indi anladım".

Qeyd edək ki, müğənni Nadir Qafarzadə sosial şəbkələrdə irad və tənqidlərə məruz qalır.


"Erməni düşmən deyil"- azərbaycanlı müğənni Nadir Qafarzadə