Azərbaycan islahatlara doğru: Prezidentin iradəsi, məmurların müqaviməti
10:26 04-02-2016
İQTİSADİYYAT
Ölkə başçısının qəti qərarlarından sonra bütün sahələr üzrə islahatlara start verilib
Bu gün geosiyasi proseslər fonunda yaşanan qlobal iqtisadi böhranın Azərbaycana da təsiri hamımıza bəllidir. Son 10 ildə inkişaf göstəriciləri və nəhəng iqtisadi layihələri ilə diqqət çəkən Azərbaycan bu gün dünya neft bazarında yaşanan mənfi tendensiyanın qısa müddətdə aradan qalxmayaçağının dəqiqləşməsiylə yeni bir dövrə qədəm qoyub. Neftin qiymətinin sürətlə enməsinin hansısa bir bazar məsələsi və yaxud özlüyündə yaranmış təbii proses olmadığını anlamaq çətin deyil.
Super güclərin dünya ölkələrini süni şəkildə böhran yaratmaqla öz təsirləri altına almaq siyasəti təbii ki, bu gün başlamır. SSRİ-nin süqutunu sürətləndirən bu siyasət bir çox dünya ölkələrində həmin super güclərdən asılılıq siyasəti yaratmışdır. Azərbaycanda aparılan dövlət siyasəti nəticəsində həmin siyasətin fəsadları Azərbaycandan uzun müddət yan keçib. Lakin indi ortaya daha iri məqsədlər qoyulub: Latın Amerikasının, Yaxın Şərqin neft nəhənglərini, ən əsası da Rusiyanı çökdürmək. Təəssüf ki, belə amansız rəqabətin yan təsirlərindən Azərbaycan kimi kiçik ölkələr də zərər çəkməli olur.
Prezident İlham Əliyevin hər zaman ərazi bütövlüyümüzün, qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası üçün, işğal altında olan torpaqların qeyd-şərtsiz Azərbaycana qaytarılması üçün göstərdiyi qətiyyətli mövqe hamımıza bəllidir. Yürüdülən siyasətdə ölkə Prezidenti Azərbaycan xalqının rifahını əsas götürmüşdür. İqtisadiyyat gücləndirilərkən, ordu quruculuğu yeni mərhələyə çıxarılarkən, beynəlxalq tribunlardan haqq işimiz müdafiə olunarkən Prezident İlham Əliyevin istinadı xalqın maraqları olmuşdur.
Dünyada gedən proseslərin Azərbaycan iqtisadiyyatında yaşatdığı müvəqqəti çətinliklər dərhal Azərbaycan Prezidenti tərəfindən adekvat qiymətləndirilmiş, lazımi siyasi və hüquqi addımlar atılmağa başlanmışdır. Məhz bu səbəbdən Nazirlər Kabinetinin son toplantılarında Azərbaycanda süni bahalaşmaya yol verilməməsi, yaranmış vəziyyətdən sui istifadə amillərinin qarşısının alınması üçün əsaslı islahatların aparılması istiqamətində ciddi tapşırıqlar verilmişdir. Təəssüf ki, dövlətin etimadından sui-istifadə edən bəzi məmurlar lazımi ölçülər götürməmiş, müəyyən sahələrdə bir sıra nöqsanlar qeydə alınmışdır.
Hər kəsə bəlliditr ki, mövcud vəziyyət sırf Azərbaycanla əlaqədar olan məsələ deyil. Böhranlı vəziyyətin qarşısının alınması üçün ölkə rəhbərliyi islahatlara çoxdan başlayıb və bu gün də davam etdirilir. Şübhəsiz ki, dövlət başçısının dünya maliyyə-iqtisadi böhranının tələblərindən doğan vəziyyətin aradan qaldırılması üçün atmış olduğu addımlar birmənalı olaraq Azərbaycanı yaranmış situasiyadan uğurla çıxmasına imkan yaradacaq. Buna şübhə ola bilməz. Azərbaycan özünün yaratdığı modelə uyğun olaraq, bir daha öz iqtisadi dayanıqlığını, sosial problemlərin həllində qarşıya qoyulmuş məqsədlərə çatmaq uğrunda mühüm addımlar atdığını təsdiq edir.
Prezident tərəfindən imzalanan sərəncamlar, verilən qərarlar, qanunlarda dəyişikliklərin edilməsi islahatlara başlanılmasının göstəricisidir. Gömrük prosedurlarının sadələşdirilməsi, ASAN Xidmətə əlavə səlahiyyətlərin verilməsi, yoxlamaların dayandırılması, vergi qanunlarına dəyişikliklərin edilməsi, bəzi strukturların dəyişdirilməsi, bəzi nazirliklərdə dəyişikliklərin edilməsi, müəyyən qurumların ləğvi və s. bu islahatların göstəricisi kimi qəbul edilə bilər. Prezident Davos sammitində açıq şəkildə bildirdi ki, islahatları sürətləndirməliyik. İqtisadi islahatlarla yanaşı siyasi islahatlar da keçiriləcək, struktur islahatları genişlənəcək. Əhali bu islahatlardan əziyyət çəkməməlidir. Sosial istiqamətlərdə də dəyişikliklər aparılır. Bütün kateqoriyadan olan şəxslərin əməkhaqqıları artırıldı. Bunun özü də vətəndaşlara yönəlik sosial siyasətin göstəricisidir. Bunlardan dərhal müsbət nəticələrin əldə edilməsi ilə bağlı müəyyən problemlər var. Bu islahatlara məmur müqaviməti var, bunu da nəzərə almalıyıq. Həmin islahatların nəticə verməsi vaxt məsələsidir. Geniş məsləhətləşmələrə ehtiyac var. Hökumət qurumları bu islahatları həyata keçirmək üçün hansı dərəcədə müzakirələrdən istifadə edəcəkləri də əsas məsələdir. Vətəndaş cəmiyyəti də bu prosesdə aktiv formada iştirak etməlidir. İslahatların cəmiyyətə çatıdırılmasında müəyyən problemlər var, geniş maarifləndirmə işi aparılmalıdır. İslahatların nəticələri cəmiyyətə təqdim olunmalıdır. Cəmiyyət bilməlidir ki, hansı sahələrdə aparılan islahatların nəticəsi nə oldu, digərləri hansı mərhələdədir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53