Ölümünün üzərindən 3 il keçsə də, məşhur türk aktyoru Tuncel Kurtizin qəbri hələ də düzəldilməyib.
Unikal.org-unAxşam.az-a istinadən məlumatına görə, "Ezel" serialındakı "Ramiz dayı" obrazı ilə məşhurlaşan aktyor 2013-cü ildə 77 yaşında dünyasını dəyişib. O, vəsiyyət etdiyi kimi Kaz dağlarında dəfn edilib.
Lakin sosial mediada Tuncel Kurtizin qəbrinin hələ də sadə daşlarla əhatə olunduğunu gösətərən fotolar yayılıb. Sevənləri bunu ustad sənətçiyə qarşı hörmətsizlik adlandırıb.