Məşhur aktrisa, Azərbaycan teatr və kino sənətinin incilərindən biri Səfurə İbrahimova sənətini bəyəndiyi aktrisalardan danışıb. Unikal.org xəbər verir ki, o bu haqda Milli.Az-a danışıb:
"Bizim sənətin indiki zamanda çox böyük sənətkarları var. Gələcəyimiz çox yaxşıdır, indi gənclərə daha da çox imkanlar yaradılıb. Hazırkı dövrdə hər şey asanlaşıb, bizim vaxtımızda tələblər də çox idi. İndiki gənclərdən mən əməkdar artistlər Vəfa Zeynalova, Münəvvər Əliyevanı və digərlərini bəyənirəm. Adlarını çəkdiyim sənətçilər artıq gənc sayılmırlar. Onlar öz sənətlərinin bilicisidirlər. Hətta o vaxtı Vəfa və Münəvvər teatra gələndə onların səhnədə sərbəstliklərini görüb, teatrın o vaxtkı rəhbərliyi olan Həsən Turabova tərifləmişdim".