Məşhur müğənni Keremcemdən ayrıldıqdan sonra bir müddətdir ortalarda görünməyə Ezge Asaroğlu ABŞ-da üzə çıxıb.
Unikal.orgAxşam.az-a istinadən xəbərverir ki, 29 yaşlı aktrisanın tükənmişlik sindromuna tutulduğu və depressiyadan xilas olmaq üçün ABŞ-da müalicə aldığı bildirilir.
Psixoloqunun məsləhəti ilə ABŞ-a gedən aktrisa artıq özünü daha yaxşı hiss etdiyini deyib. E.Asaroğlunun yaxınlarda Türkiyəyə qayıdaraq seriallardan birində rol alacağı gözlənilir.
Qeyd edək ki, daha öncə Meryem Uzerli de tükənmişlik sindromuna tutulduğunu bildirmişdi.