ATV-nin aparıcısı Vaqif Aydınoğlu yayın dadını Gürcüstanda çıxarır.

Unikal.org Publika.az-a istinadən xəbər verir kixəbər verir ki, adətən ailəsi və övladı ilə dincəlməyə üstünlük verən tanınmış aparıcı bu dəfə istirahətə iş yoldaşları ilə yollanıb. Əyləncə məkanında ehtiraslı gürcü rəqsini izləyən aparıcı istirahət zamanı çəkdirdiyi fotoları və videonu "İnstagram"da paylaşıb.

Görüntünün altında isə belə yazıb: "Adamın lap sümüyü yanır.

Qeyd edək ki, ATV-nin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu həmkarı Samirə Mustafayeva ilə evli olub. Onların Nuray adlı bir qız övladı var. Bir neçə ay bundan öncə cütlüyün boşanması ilə bağlı xəbərlər yayılıb. Hətta bu xəbərdən sonra S.Mustafayeva ATV-dən gedib. Amma onlar xəbəri nə təkzib, nə də təsdiq edib. V.Aydınoğlu şəxsi məsələ olduğunu xatırladaraq, bu barədə ümumiyyətlə, danışmaqdan imtina edib.