Nazir 7 müşavirini işdən çıxardı
11:26 07-02-2016
İQTİSADİYYAT
Vergilər Nazirliyinin 5 idarəsinin rəisi dəyişdirildi
Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib. Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumatda bildiriblər ki, nazirin müşavirlərinin sayı 13-dən 7-yə endirilib.
Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev, Müşavər Nəbiyev vergilər nazirinin müşaviri vəzifəsindən azad olunublar.
Beləliklə, nazir F.Məmmədovun müşavirləri 7 nəfərdir: Ələkbər Məmmədov, Riyad Hüseynov, Məhəmmd Sadıqov, Qabil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev və Tariyel Quliyevdir.
Nazirlikdən verilən məlumatda deyilir ki, bəzi struktur vahidlərinin rəhbərliyində rotasiya qaydasında kadr dəyişiklikləri aparılıb. Vəzifədən azad olunan müşavirlər digər struktur vahidlərində başqa vəzifələrə keçiriliblər.
Taryel Aydın oğlu Quliyev vergilər nazirinin yeni müşaviri təyin olunub. Bu təyinata qədər T.Quliyev Vergilər Nazirliyi Daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsini icra edib.
Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş idarəsinin rəisi təyin olunub. Onun yerinə isə Samirə Musayeva təyin edilib. S.Musayeva bunadək Vergilər Nazirliyinin Hüquq Baş idarəsinin rəisi olub.
Vergilər Nazirliyi Hüquq baş idarəsi rəisi vəzifəsi isə Zeynalabdin Məmmədzadəyə həvalə olunub. Buna qədər Z.MəmmədzadəVergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi olub. İlqar İsmayıl oğlu Əhmədov Vergilər Nazirliyi Daxili təhlükəsizlik baş idarəsinin rəisi təyin edilib. Buna qədər İ.Əhmədov Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisi olub. Bu vəzifə isə Toğrul Quliyevə həvalə olunub.
Vergilər Nazirliyində daha bir kadr dəyişikliyi baş verib. Bir neçə saat öncə Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş idarəsinin rəisi təyin olunan Natiq Şirinov Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi təyin edilib. Ələkbər Məmmədov isə Vergilər Nazirliyinin beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş idarəsinin rəisi təyin edilib.
Fuad
Digər Xəbərlər
2024-11-26 12:56:00
2024-11-26 12:14:36
2024-11-26 11:38:28
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02