Türkiyənin məşhur kişi aktyorunun etdiyi zarafat hər kəsi həm şoka salıb, həm də güldürüb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Haluk Bilginer 4 il öncə boşandığı keçmiş həyat yoldaşı müğənni Aşkın Nur Yengi və qızları ilə birlikdə restoranların birində yemək yeyərkən kameraların obyektivinə tuş gəlib.
Daha sonra onlar kafedən çıxarkən jurnalistlərin sual atəşinə tutulub. Jurnalistlərdən biri Haluk Bilginerə "barışdınızmı? sualını verib. Məşhur aktyor isə "Biz heç ayrılmadıq ki, bizim övladımız var "- deyə cavab verib.
Türkiyənin üstad aktyorlarından olan H.Bilginerin "Bəs başqa hansı irəliləyiş var?" - sualına verdiyi cavab həm jurnalistləri, həm də ətrafdakıları qəhqəhəyə qərq edib: "Mən hamiləyəm.