"Diriliş Ertuğrul serialının mövsüm finalına çıxmazdan öncə üç qadın aktrisa arasında dava düşdüyü bildirilir.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, serialda "Hayme ana obrazını canlandıran Hülya Korel və "Aytolun rolunu oynayan "Evrim Solmaz arasında mübahisə düşdüyü iddia edilir.
H.Korelin seriala qonaq olaraq qatılan və mövsüm finalı öncəsi ssenariyə görə "öldürülən E.Solmazla "ulduzu barışmayıb. Serialın "Selcan hatun"u Didem Balçın da "Hayme ananı müdafiə edincə gərginlik böyüyüb.
Məlumata görə, çəkiliş meydançasında Korel və Balçın Evrim Solmazın üstünə hücum çəkiblər. Mühafizəçilərin araya girməsi ilə ortalıq sakitləşdirilib.
Onların davasının səbəbi isə bilinmir.
Qeyd edək ki, Hülya Korel məşhur aktrisa Bergüzar Korelin anasıdır.
"Hayme ana"
"Selcan hatun"
"Aytolun"