Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının son günündə təmsilçimiz sərbəst güləşçi Xetaq Qazyumov final görüşünə çıxıb.
Unikal.org-un məlumatına görə, 97 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi amerikalı Kyle Frederick Snyder olub.
O, amerikalı rəqibinə 2:1 hesabı ilə məğlub olub.
***
18:08
Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının son günündə təmsilçimiz sərbəst güləşçi Xetaq Qazyumov 1/2 final görüşünə çıxıb..
97 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi ukraynalı Valeri Andreytsev olub.
Xetaq ilk hissədə 4, ikinci hissədə isə 7 xal qazanaraq rəqibini 11:0 məğlub edib və ilk dəfə olaraq Yay Olimpiya Oyunlarının finalına vəsiqə qazanıb. Finalda onun rəqibi amerikalıKyle Frederick Snyder olacaq.
***
17:38
Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının son günündə təmsilçimiz sərbəst güləşçi Xetaq Qazyumov final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 97 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi özbək Maqomed İbrahimov olub.
Birinci hissə 4:1 hesabı ilə Azərbaycan güləşçisinin xeyrinə tamamlanıb. İkinci hissədə rəqib Xetaqdan 3 xal ala bilib. Lakin Azərbaycan güləşçisi görüşün sonrakı dəqiqələrində inamlı oyun göstərərək 12:3 hesabı ilə qələbə qazanıb və adını yarımfinala yazdırıb.
***16:50
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov 1/8 final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 97 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi iranlı Məhəmməd Əli Reza Yazdani olub.
Birinci hissə Azərbaycan güləşçisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə Xetaq Qazyumov rəqibə 1 xal verib və 2:1 hesabı ilə qələbə qazanıb.
***
15:58
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov 1/4final görüşünə çıxıb.
86 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi polşalı Radoslav Baran olub.
Birinci hissə Azərbaycan güləşçisinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.İkinci hissədə Xetaq Qazyumov rəqibə fənd tətbiq edərək daha 2 xal qazanıb və ümumi hesabda 3:0 qalib gəlib.