Futbolçu Alpaslan Öztürklə evli olan məşhur model Ebru Şancı 2 sonra Fransaya köçəcək.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, 32 yaşlı model həyat yoldaşının "Monpelye Herault klubuna transfer olmasına görə onunla birlikdə gedəcək.

Hazırda 7 aylıq hamilə olan Ebru doğuşdan sonra köçəcəklərini söyləyib.

Model köçəcəkləri zaman 6 itinin harada qalacağını indidən düşünməyə başlayıb. O, itlərinin Bodrumdakı villasında qalacaqlarını və onlara filippinli köməkçisinin baxacağını deyib:

"Onları sığınacağa vermək istəmirəm. İtlərimə hər şey fəda olsun.

Qeyd edək ki, 6 otağı, 2 zalı, 4 hamamı, hovuzu və böyük bağçası olan villanın 1,5 milyon lirə (854 min manat) dəyərində olduğu bildirilir.