Əli Abbasovun bağ evindən 1 milyon oğurlanıb
12:42 08-02-2016
İQTİSADİYYAT
«Unikal.org»a daxil olan məlumata görə, keçmiş rabitə və informasiya texnologiyalar naziri Əli Abbasovun Goradildəki bağ evindən külli miqdarda pul oğulanıb.
Belə ki, nazirin evindən nə az, nə çox 1 milyon manat pul oğurlanıb. Oğrular həyətdəki öyrədilmiş itin də zərərsizləşdirilməsi üçün plan cızılıb. Yəni, bir müddət hasardan itə yem verərək özlərinə öyrəşdiriblər. Bundan sonra həyətə girib niyyətlərini gerçəkləşdiriblər.
Maraqlı məqamlardan biri də odur ki, hadisə ilə bağlı araşdırma MTN tərəfindən aparılıb və oğrular saxlanılıb. Həmin vaxt Əli Abbasov oğrulara pulun bir qismini qaytarmaq şərtiylə azadlığa buraxılmalarına şərait yaradacağını təklif edib. Amma oğrular bu təklifdən imtina ediblər və hazırda da cəzaçəkmə müəssisələrindədirlər.
Onu da qeyd edək ki, indiyə kimi bu məsələnin ört-basdır edilməsi də birmənalı deyil. Maraqlı məqamlardan biri də odur ki, oğurluq cinayətləri adətən polis araşdırır. Amma Əli Abbasovun bağ evindən edilən oğurluğu MTN araşdırıb. Bu da keç miş nazirin MTN-lə əlaqəli olduğunu sübut edir.
Digər Xəbərlər
2024-11-26 12:14:36
2024-11-26 11:38:28
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31