Vergilər Nazirliyində kadr dəyişikliyi
13:00 08-02-2016
İQTİSADİYYAT
Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.
Nazir Fazil Məmmədovun müvafiq əmri ilə vergi xidməti müşaviri Elçin Bəylər oğlu Bəylərov Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinə yeni rəis təyin edilib.
Bundan başqa nazir müavini Sahir Məmmədxanov Hüquq Baş İdarəsi, Maliyyə-təsərrüfat İdarəsi, İnsan resursları İdarəsi və mühasibat uçotu şöbəsinə , büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri təyin edilən Habil Məmmədov həm də Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin fəaliyyətinə nəzarət edəcək.
Sahib Ələkbərova isə Nazirliyin Aparatı, Vergi ödəyicilərinə xidmət Baş İdarəsi və analitik-informasiya şöbəsi verilib.
Nazirin beynəlxalq münasibətlər və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədova isə Vergilər Nazirliyi Tədris Mərkəzinin fəaliyyətinin tənzimlənməsi tapşırılıb.
Vergilər nazirinin digər əmrinə əsasən, Daxili təhlükəsizlik Baş İdarəsi və informasiya texnologiyaları və proqram təminatı şöbəsinə birbaşa olaraq nazir nəzarət edəcək.
Digər Xəbərlər
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34