Gəncədə burnundan estetik əməliyyat olunan gənc qız bu il universitetə qəbul olub.
Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, 17 yaşlı Aygül Orucova BDU-ya daxil olub.
Qeyd edək ki, avqustun 22-də YeniGəncəÖzəl Tibb Mərkəzində Mayıl Əliyev və Mehdi Talışinskinin icra etdiyi əməliyyat zamanı şəhər sakini 17 yaşlı Aygül Orucova dünyasını dəyişib. Burnundan estetik əməliyyat edilən Orucova narkozdan ayılmayıb.
Faktla bağlıGəncəŞəhər Prokurorluğunda 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.