Türkiyənin "Star Tv kanalındakı "Var Mısınız Yok Musunuz verilişində toy mərasimi baş tutub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı İlker Ayrık yarışmada iştirak edən Ecem və Tuğra cütlüyünü verilişdə evləndirib.

Maraqlısı budur ki, cütlük iki ildir evlidir. Lakin onların toy mərasimi keçirilməyib. Daha öncə iki dəfə toy günü təyin etsələr də, müəyyən səbəbdən bu baş tutmayıb. Onlar iki il öncə rəsmi nikahla evləniblər.

İlker Ayrık onların çalğılı toy arzusunu verilişdə həyata keçirib.