"Eurovision- 2011in qalibi Eldar Qasımovun "Daf Bama Music Awards - 2016 mükafatlandırma mərasimindən imtina etməsinə qarşı tərəf münasibət bildirib.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, layihə rəsmisi Omar Said Sharawy gənc müğənninin mükafatlandırma mərasiminə dəvət olunmadığını açıqlayıb.
O, Azərbaycandan yalnız Aygün Kazımovanın mükafatlandırma mərasiminə çağırıldığını söyləyib.
Xalq artistinin mətbuat xidməti də məsələyə münasibət bildirib.
"Bu mərasimə Azərbaycandan Aygün Kazımovadan başqa heç kəs dəvət olunmayıb. Eldar Qasımov yalan deyir. Eldar Qasımov və Elnur Hüseynov yalnız səsvermədə iştirak ediblər. Heç bir səs toplamayıblar. Əgər Eldara dəvət gəlibsə, qoy göstərsin. Təşkilatçılarla danışmışıq, yalan olduğunu açıqlayıblar,- deyə mıtbuat xidməti bildirib.
E. Qasımov "Qafqazinfoya müsahibəsində "Daf Bama Music Awards - 2016dan imtina etdiyini bildirmişdi:
"Bir neçə ay bundan əvvəl bizə belə bir təklif olunmuşdu. Mükafatlandırma mərasimi barədə araşdırma apardıq və bu qərara gəldik. Həmin mərasim bizim getdiyimiz istiqamətə uyğun deyil və imtina etdik. "Daf Bama Music Awardsda hər ölkədən bir neçə nəfəri seçirlər. Onlardan birini də qalib elan edirlər. Məncə, burada başqa şeylərdə var. Mən öz adıma danışa bilərəm ki, çıxışdan imtina etdim.