Ankarada bir şirkət komediya ustası Cem Yılmazın "Ne vereyim abime sözünü patentləşdirmək üçün Türkiyə Patentləştirmı İnstitununa (TPE) müraciət edib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, şirkət sahibləri Faruk Gürtaş və Niyazi Pak həmin ifadəni brendə çevirərək pizza markası yaratmaq istəyirlər.
Onlar bildiriblər ki, 2006-cı ildən etibarən hazırladıqları pizzalara yerli ad qoyaraq xarici brendlərə rəqib olmaq istəyirlər.
Hazırda patent müraciətinin cavabı gözlənilir.