33 yaşı tamam olan Türkiyənin məşhur aktrisası Bergüzar Korel üçün fanatları maraqlı hədiyyə hazırlayıblar
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Bergüzar Korel Universal Fan Club onun adına Afrikada su quyusu hazırlatdırıb.
Aktrisa bu cür hədiyyəyə görə çox sevindiyini bildirib. O quyunun şəkilini sosial şəbəkədə paylaşaraq fanatlarına təşəkkür edib.
Qeyd edək ki, Bergüzar Korel həyat yoldaşı Halit Ergençlə birlikdə yeni mövsümdə "Vatan Haini serialında rol alacaq.