Cinsini dəyişən aktyor Rüzgar Erkoçlar meneceri və eyni zamanda sevgilisi olduğu iddia edilən bir qadınla görüntülənib.
Unikal.org Axsam.az-a istinadən məlumatına görə, qadın jurnalistləri görüncə əsəbiləşib və fotoların silinməsini tələb edib:
"Siz nə etdiyinizi fikirləşirsiniz? Mən Rüzgarın meneceriyəm, o fotoların silinməsini istəyirəm. Çünki icazəmizi almadan çəkmisiniz".
Həmin anlarda 30 yaşlı Rüzgar mübahisəyə qarışmadan yoluna davam edib. O, keçən həftə Türkiyənin ilk trans aktrisası Ayta Sözerinin "Rüzgar heç zaman qadın deyildi, trans kişi idi, belə doğulmuşdu" deməsi barədə suallara da cavab verməyib. R.Erkoçlar "Xahiş edirəm, məni rahat buraxın" deyərək oradan uzaqlaşıb.