Britaniya-hollandiya şirkəti "Royal Dutch Shell" Meksika körfəzindəki "Glider" və "Brutus" yataqlarındakı payını ABŞ-ın "En Ven Energy Corporation" şirkətinə 425 mln.dollara satır.

Unikal.org "Report"a istinadən bildirir ki, alqı-satqı əməliyyatının oktyabrda başa çatması planlaşdırılır.
Yataqlardan gündəlik hasilat neft ekvivalenti ilə 25 min bareldir.