Gündəmdə olan bütün əsas məsələlər ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşündə müzakirə olunacaq.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.
"Böhranların dünyanı cənginə aldığı indiki vaxtda Dağlıq Qarabağ, Şərqi Ukrayna, Dnestryanı və Avropada mövcud olan digər münaqişələrin həllində, böhranın idarə edilməsində ATƏT-in rolu həmişəkindən daha vacibdir. Bunu həm də sülh və təhlükəsizliyin təminatı məsələsi ilə bağlı deyə bilərik", - Almaniyanın XİN başçısı vurğulayıb.
Xatırladaq ki, XİN Şurasının görüş sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində keçiriləcək. Görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.