Almaniyanın Potsdam şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilir.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Tədbir ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerin sədrliyi ilə təşkil olunub.
Tədbirdə Dağlıq Qarabağ, o cümlədən regionda baş verən digər münaqişələr müzakirə olunacaq. Həmçinin silahlanmaya nəzarət, qaçqın və terror məsələlərinin müzakirəsi gözlənilir.