Ermənistan prezidenti Serj Sarkisyan bu gün qondarma Dağlıq Qarabağ respublikasında işgüzar səfərdədir.
Unikal.org ermənistan mətbuatına istinadən xəbər verir ki, səfərdə məqsəd qondarma respublikanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunan tədbirlərə qatılmaqdır.
Serj Sarkisyanı, qondarma DQR prezidenti Bako Sahakyan Xankəndi hava limanında qarşılayıb.
Qeyd edilir ki, "DQRin müstəqillik günü ilə bağlı tədbirlər sentyabrın 2-nə planlaşdırılıb.