Amerikalı müğənni Mayli Sayrusun 2014-cü ildə "MTV Video Musiqi Mükafatları müsabiqəsində qazandığı "İlin videosu mükafatı hərraca çıxarılıb.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, müğənni həmin vaxt mükafatı Jesse Helt adlı kimsəsiz bir gəncə bağışlamışdı.

Həmingənc 2 il ərzində saxladığı mükafatı ehtiyac üzündən satışa çıxardığını elan edib.

"Nadir nümunədir. Barmaq izi yoxdur başlığı ilə satışa çıxarılan mükafatın hərracda açılış qiyməti 10 min dollar təyin edilib.