Unikal.org Xezerxeber-ə istinadən xəbər verir ki, qaz kəsildikdən sonra sayğacın koda düşmə hallarının çox olduğunu bildirən "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev deyir ki, bunun qarşısını almaq üçün abonentlər qaz verilişi dayandırıldıqdan sonra sayğaca gələn borudakı kran mütləq bağlamalıdır ki, belə hal yaşanmasın.
Koda düşmüş sayğacın açılması da çox sadədir. Bunun üçün vətəndaş sayğacın balansını 1 manat artırmalıdır.