Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Sosial iş” ixtisası üzrə 2025-ci il məzunları artıq ixtisaslarına uyğun işlə təmin olunublar.
"Unikal" xəbər verir ki, məzunlar İbrahimov İlkin Asif oğlu, Əhmədzada Zəhra Namiq qızı və Rəhmanov Orxan Namiq oğlu Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində fəaliyyətə başlayıblar.
Onlar sosial sahədə əldə etdikləri nəzəri bilik və praktiki təcrübəni əmək fəaliyyətində tətbiq edərək həmkarlar ittifaqı sisteminin inkişafına töhfə verəcəklər.