Özbəkistan prezidenti İslam Kərimov dünyasını dəyişdiyi deyilir. Ötən həftə beyin qan sızması keçirən 78 yaşındakı Kərimov, xəstəxanada müalicə olunurdu.
Unikal.org xəbər verir ki, Türkiyənin baş naziri Binali Yıldırım Kərimovun ölüm xəbərinə belə reaksiya verib:
"Allahdan rəhmət diləyirik. Türkiyə Respublikası olaraq özbək xalqına baş sağlığı verir və ağrılarını paylaşırıq".