Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Can Nikola Bertiyə və Massimo Andrea Uqoliniyə təbrik məktubu ünvanlayıb.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost San-Marino xalqına daim sülh və rifah diləyirəm".