FETÖ istintaqı çərçivəsində tutulan müğənni və köşə yazarı Atilla Taş haqqında həbs qərarı çıxarılıb.

Unkial.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o Türkiyədə hərbi çevrilişə cəhd edən Gülən dəstəsinin üzvü və onlara dəstək olur iddiası ilə saxlanılıb.

Bu gün İstanbul Cümhuriyyət Məhkəməsində Atilla Taşla yanaşı 12 jurnalist də dindirilib. Məhkəmə onlardan Atilla Taş, Gökçe Fırat Çulhaoğlu, Dinçer Gökçe, İskender Yunus Tiryaki, Levent Arap, Murat Aksoy, Mutlu Çölgeçen və Ayhan Şimşekin həbs edilməsinə qərar verib.

Rasih Yılmaz, Abdullah Alparslan Akkuş, Ömer Şahin savcılıktan və Nurullah Öztürk isə sərbəst buraxılıb.

Qeyd eək ki, Atilla Taş üçün axtarış əmri verilmişdi. Bu barədə mətbuatdan məlumat alan A.Ta. sosial şəbəkə vasitəsi ilə heç yerə qaçmadığını, vətəninə əsla xəyanət etmədiyini bildirmişdi. O həmçinin vurğulayıb ki, "FETÖ-çü deyiləm, amma muxalif yönlü fikirlərimdən də əl çəkmərəm. Həmçinin tanınmış yazar və müğənni hara lazımdır ora özüm gəlim deyə bəyanat da vermişdi. 

Aygün 


Atilla+Ta%C5%9F%E2%80%99%C4%B1n+da+aralar%C4%B1nda+bulundu%C4%9Fu+8+ki%C5%9Fi+tutuklama+talebiyle+mahkemeye+sevk+edildi+