Bu gün Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Yaşar Nurinin doğum günüdür.

Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, o, 1951-ci ildə Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub.

 

Bundan başqa, o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. Tələbəlik dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız müqəssirlər"də Neznamov və s. obrazlarını yaradıb.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib,Azərbaycan Dövlət Televiziyasındahazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur.BunlardanRamiz HəsənoğlununhazırladığıRuhəngiz Qasımovanın"Yollar görüşəndə...","Ömrün yolları",İsi Məlikzadənin"Qatarda",Anarın"Evləri köndələn yar",Mövlud Süleymanlının"Kökdən düşmüş piano",Hüseyn Cavidin"Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı"Səni axtarıram","Bağışla","Səndən xəbərsiz"trilogiyası, İslam Səfərlinin"Göz həkimi",Əbdürrəhim bəy Haqverdiyevinəsərləri əsasında"Ac həriflər"və s. televiziya tamaşalarını misal göstərmək olar.

O, "Alma almaya bənzər", "Yol əhvalatı", "Bəyin oğurlanması", "Ölsəm, bağışla", "Qətl günü", "Mənim ağ şəhərim", "Ağ atlı oğlan", "Yoxlama" və s. kimi məşhur filmlərdə sevilən rolları ilə yadda qalıb.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci ildə noyabrın 22-də dünyasını dəyişib.Ülkər və Ülviyyə adlı iki qızı var.

Allah sənətkarımıza rəhmət eləsin!