Avstraliyanın Kanberra şəhərində yaşayan Ross Kelli adlı bir şagird eşitmə qüsurlu olan sinif yoldaşı İsam Qurunqun məktəbə gəlmək istəmədiyini öyrənib və ona kömək etmək qərarına gəlib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, İ.Qurunq daha öncə Sidney şəhərində eşitmə qüsurlular üçün məktəbdə təhsil alırmış.
Lakin, ailəsinin işləri səbəbindən Kanberraya köçüblər və o tipli məktəb tapa bilməyiblər. Ümumi məktəbə getmək məcburiyyətində qalan İsam, orada heç kimi başa düşmədiyi üçün dərsə getmək istəməyib.
Sinif yoldaşına kömək etmək istəyən Ross Kelli də işarət dilini öyrənib və onunla münasibət qurub. Hazırda İsam məktəbə gedir və Rossun dəstəyi ilə digər şagirdlərlə də ünsiyyət qura bilir. Ross ona həm dərsdə, həm də dərsdən kənarda bir çox şeyi işarət dili ilə başa salır.
R.Kelli bu hərəkətinə görə "Fred Hollows Foundation tərəfindən "İnsanlıq mükafatına və 5 min dollara layiq görülüb.