Sentyabrın 3-də "Baku Crystal Hallda 42-ci Ümumdünya Şahmat Olimpiadasının ikinci turu keçirilib.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, Olimpiadanın ikinci günündə Arzu Əliyeva və ailə üzvləri "Bakı Crystal Hallda yarışları izləyib.

A.Əliyeva arenada açılan sərgi ilə tanış olub. Bu sərgidə şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlarla bağlı plakatlar nümayiş olunur.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov məlumat verib ki, Bakının ev sahibliyi etdiyi 42-ci Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışdır.

Arzu Əliyeva qadınlar arasında şahmat üzrə dünya çempionu, çinli Hou Yifan ilə söhbət edib və xatirə şəkli çəkdirib.