Müğənni Linet ərə getməyə hazırlaşdığı fransız sevgilisinin evli olduğunu öyrənib şok olub.
Unikal.org axsam.az-a istinadən xəbərinə görə, ifaçı sevgilisi Laurent Zalmonoviçlə martın 5-də Fransada ediləcək toya hazırlaşarkən pis sürprizlə qarşılaşıb.
Zalmonovun ailəli olduğunu və arvadı ilə Fransada yaşadığını öyrənən Linet münasibətinə son qoyduğunu deyib:
"Mənə 6 il əvvəl boşandığını demişdi. 1,5 ildir birlikdəydik və evlənməyə hazırlaşırdıq. Yaxşı ola bilməyim mümkün deyil".
Sevgilisi 41 yaşı tamam olan Linetə ad günü hədiyyəsi olaraq 400 min avroluq avtomobil almışdı.