Azərbaycanın Quba rayonunun Xınalıq kəndində dağlara qar yağıb.
Unikal.org bildirir ki, bu barədə APA-nın şimal bürosuna kənd sakinləri məlumat verib. Sakinlərin bildirdiyinə görə, Xınalıq kəndi ilə üzbəüz yerləşən Qiblə dağının zirvəsində daha çox qar müşahidə olunur.
Təxminən 3500 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə də qar yağıb.
Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, müşahidə məntəqələrinin olduğu ərazilərin heç birində qar yağması faktı qeydə alınmayıb.