"Bundan sonra heç bir maneə olmayacaq" - Kəmaləddin Heydərov söz verdi
12:50 16-02-2016
İQTİSADİYYAT
"Son 10-12 il ərzində Azərbaycanda digər sahələrin mühüm inkişafı ilə yanaşı, ən çox inkişaf edən sahələrdən biri də tikinti olub. Həm dövlət investisiyalarının, həm yerli və xarici investisiyaların iştirakı ilə aparılan tikinti işləri göz qabağındadır. Biz fəxr etməliyik ki, Bakı və digər şəhərlərimiz xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilir".
"Unikal.org" Trend-ə istinadən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün sahibkarlarla keçirdiyi görüşündə deyib. K.Heydərov bildirib ki, statistik rəqəmlərə baxsaq dövlət investisiyaları ilə yanaşı, yerli və xarici investorların qoyduğu investisiyalar hesabına Bakı və digər şəhərlər gözəlləşib.
Nazir qeyd edib ki, əvvəl tikintiyə başlamazdan əvvəl icazənin alınması üçün 245 gün və bəzən də çox vaxt tələb olunurdu: "Möhtərəm Prezidentin tapşırığı ilə aparılan işlər nəticəsində yeni iş sistemi yaradılıb. Sahibkarların onlara verilən kodlar vasitəsilə tikinti işləri ilə bağlı "online" sistemdə məlumat almaq imkanı olacaq. Bu da vaxt itkisini xeyli azaldacaq. O cümlədən, lisenziyaların ləğv edilməsi sahibkarların işini sürətləndirəcək".
Nazir gələcəkdə tikinti sahəsində İctimai Şuraların yaradılmasının vacibliyini də vurğulayıb.
Nazir həmçinin deyib ki, böhrandan sonra tikintiyə investisiya qoymaq sərfəlidir: "Bu, həm sahibkarlar üçün faydalıdır, həm də yeni iş yerlərinin açılması üçün səmərəlidir".
K.Heydərov tikinti materialları istehsal edən şirkətlərə də tövsiyələr verib. Nazir bildirib ki, tikinti materialları istehsal edən sahibkarlar bilməlidirlər ki, onların istehsal etdiyi keyfiyyətli inşaat materiallarına üstünlük verilməlidir və onlar məhsulları keyfiyyətlə istehsal etməlidirlər.
K.Heydərov bildirib ki, yerli məhsullar o qədər keyfiyyətli olmalıdır ki, xaricdən gələn məhsullara rəqabətdə uduzmasın.
Nazir həmçinin bildirib ki, bundan sonra tikinti sahəsində heç bir maneə olmayacaq.
Digər Xəbərlər
2024-11-26 12:14:36
2024-11-26 11:38:28
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31