Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında daha bir kadr dəyişikliyi baş verib.
Klinikanın baş həkimi Ramin Bayramlı vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə həkim-nefroloq Elnur Fərəcov təyinat alıb.
Xatırladaq ki, E.Fərəcov bu təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasında Daxili Xəstəliklər, Cərrahiyə və Transplantasiya şöbəsində çalışıb.
Qeyd edək ki, bu, Gəray Gəraybəyli ATU-ya rektor təyin olunandan sonra baş verən kadr dəyişikliklərinin davamı hesab olunur.
Modern.az